Şuşada İƏT-in Turizm üzrə Yüksək Səviyyəli Ekspertlər Qrupunun iclası keçirilib
Aprelin 28-də Şuşa şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının Turizm üzrə Yüksək Səviyyəli Ekspertlər Qrupunun 9-cu iclası keçirilib.Tədbirdə üzv ölkələrin nümayəndələri və turizm üzrə ekspertlər iştirak ediblər. İclasda təşkilati məsələlər, eləcə də Turizm Nazirlərinin 7-ci görüşünə hazırlıq müzakirə olunub. Həmçinin 2030-cu il üçün turizm paytaxtının müəyyənləşdirilməsi və “Şuşa Bəyannaməsi” layihəsi üzrə fikir mübadiləsi aparılıb. Qeyd edək ki, Şuşa şəhəri 2026-cı il üçün təşkilatın "turizm paytaxtı" elan edilib.
28 aprel 2026

