Şuşada Gəncə qapısı abidəsinin qarşısında kitab təqdimatı keçirilib
2021-06-01 16:00
Şuşada Müdafiə Nazirliyinin təşkilatçılığı ilə ilk kitab təqdimatı keçirilib. Məhşur “Gəncə qapısı” tarixi memarlıq abidəsinin qarşısında təqdim olunan, polkovnik Abdulla Qurbaninin müəllifi olduğu “Vətən müharibəsi şəhidləri” nəşri yeddi kitabdan ibarət olacaq. Nəşrlərdə Vətən müharibəsində şəhadətləri ilə tarix yazan, adları tarixə yazılan üç minə yaxın şəhidimizin həyatı, döyüş yolu barədə ətraflı məlumatlar veriləcək. Təqdim olunan 800 səhifəlik ilk kitabda Azərbaycan Ordusunun şəhid zabit və gizirlərinin həyatından bəhs olunur.
Nərgiz camal