Şuşada etiraz aksiyasının doqquzuncu günüdür
Azərbaycanın qeyri-hökumət təşkilatlarının nümayəndələrinin Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyəti zonasında keçirilən dinc etiraz aksiyası doqquzuncu gündür ki, davam edir. Ötən axşam etiraz aksiyasının iştirakçıları olan gənclər tar, kamança, skripka, qarmon və gitara ilə vətənpərvərlik ruhunda musiqilər, həmçinin "Qarabağ" təsnifi, "Sarı gəlin" və digər mahnılar səsləndiriblər.