Şuşada ağır qəza: 5 nəfər avtomobildə yanaraq ölüb
Şuşanın Daşaltı kəndində Elvin Abbasov "Nissan Navara" ilə hərəkətdə olan zaman idarə etməni itirib. Avtomobil yoldan çıxaraq aşıb və maşında yanğın baş verib. Sərnişinlər Kamil Qaybalıyev, Rəşad Atakişiyev, Şahbaz İsayev, Eldəniz Həsənov, Hümbət Hümbətov hadisə yerində yanaraq ölüblər. Sürücü isə ağır yanıq xəsarətləri ilə Füzuli rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Hazırda istintaq davam etdirilir.
Nərgiz Camalzadə