Şuşa yolunun tikintisi davam edir: Torpaq işləri aparılır

2020-11-24 16:07

Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi layihəsinin icrası davam edir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məlumatına görə, tikinti layihəsinin uzunluğu 101.5 km, yolun ümumi eni isə 37.7 m təşkil edəcək. Hazırda layihə boyu torpaq işləri görülür. Xüsusi texnikalardan istifadə olunmaqla yol genişləndirilir və profilə salınır, həmçinin yeni yol yatağı inşa edilir. Əraziyə lazımi sayda qüvvə cəlb edilib. İşlərin qısa müddətdə yekunlaşdırılması üçün layihə bir neçə hissəyə bölünəcək. Bununla əlaqədar tikinti işlərinə çətin relyefə malik ərazilərdə avtomobil yollarının inşası ilə bağlı təcrübəyə malik yerli və xarici şirkətlər cəlb olunur.

Nərgiz Camal

KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik