Şuşa yolu bir il yarıma hazır olacaq
2020-12-18 14:03
Relyeflə əlaqədar olaraq Şuşaya çəkilən yeni yolun layihəsində dəyişikliklər edilir. Ümumi uzunluğu 100 kilometrə yaxın olacaq yol Topxana meşələrinin ətəyindən keçməklə Daşaltı kəndinə, oradan isə Şuşa şəhərinə çəkiləcək. Bir il yarıma hazır olacaq yolun tikintisinə Türkiyənin dağ şəraitində yol çəkən 2 şirkəti də cəlb edilib. Bununla yanaşı, Şuşa şəhərinin topoqrafik vəziyyətinin xəritələndirilməsi işlərinə başlanılıb və bu proses Qarabağ bölgəsinin bütün ərazilərini əhatə edəcək.
Fərid Mehdiyev