Şuşa və Ağdamın qazlaşdırılması üzrə işlərə başlanılıb
2021-02-18 12:05
İşğaldan azad edilən ərazilərin qazlaşdırılması ilə bağlı layihələndirilmə işlərinə başlanılıb və ilk olaraq Şuşa və Ağdam şəhərlərinin qazlaşdırılması nəzərdə tutulub. "Azəriqaz"dan bildirilib ki, artıq həm Şuşa, həm də Ağdam üzrə yeni çəkiləcək qaz xətlərinin marşrut və dəhlizləri müəyyən edilib və sənədlər Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təqdim edilib. Layihələndirmə işlərininin Mart ayında başa çatacağı gözlənilir.
Vüsalə camal