Şuşa istiqamətində qəzada bir hərbçi həlak olub, ikisi yaralanıb
2020-01-14 14:00
Şuşa şəhəri istiqamətində hərbi qulluqçular olan avtomobil qəzaya uğrayıb. Müdafiə Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, hadisə yanvarın 12-də baş verib. Beyləqan rayonu Şəfəq qəsəbə sakini, müddətdən artıq xidmət edən hərbçi Yaqubov Həsən Hüseyn oğlu həlak olub, iki hərbçi isə xəsarət alıb.
Vəfa Şairova