Şuşa dayanıqlı elektrik enerjisi ilə təmin edilir
2020-12-16 16:09
“Azərişıq Qarabağda” layihəsi çərçivəsində artıq Cəbrayıl şəhərində və Hadrut qəsəbəsində yerləşən xüsusi dövlət əhəmiyyətli binalar yeni çəkilən xətt vasitəsi ilə elektrik enerjisi ilə təmin olunub. Qurumdan bildirilib ki, indi hədəf Şuşa şəhərini dayanıqlı elektrik enerjisi ilə təmin etməkdir. Bunun üçün artıq mal-material göndərilib, yeni xəttin çəkilişi ilə bağlı işlər görülür. Ərazilər ilkin olaraq minalardan təmizlənir. Mümkün olduğu ən qısa vaxtda “Şükürbəyli” yarımstansiyasından qidalanmaqla Şuşa şəhəri elektrik enerjisi ilə təmin olunacaq.
Vüsalə Camal