Şuşa Bəyannaməsinin təsdiq olunması haqqında Qanun rəsmi qüvvəyə minib
2021-02-14 10:00
Şuşa Bəyannaməsinin təsdiq olunması haqqında Qanun Türkiyənin "Resmi Gazete"sində öz əksini tapıb. Fevralın 11-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşa Bəyannaməsinin rəsmi şəkildə dərc edilərək qüvvəyə minməsi ilə bağlı qərarı imzalayıb. Qanuna əsasən 2021-ci il iyunun 15-də Şuşa şəhərində imzalanan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” Şuşa Bəyannaməsi təsdiq edilir. Qanun dərc olunduğu gündən qüvvəyə minir.
Nərgiz camal