Şuşa şəhərinin ətrafında ərazilərin minalardan təmizlənməsi əməliyyatı zamanı partlayış baş verib
2020-12-19 10:10
Şuşa şəhərinin ətrafında ərazilərin minalardan təmizlənməsi əməliyyatı zamanı partlayış baş verib. Partlayış nəticəsində Rusiya sülhməramlılarının Minaların Təmizlənməsi üzrə Beynəlxalq Mərkəzin minalardan təmizlənməsi qrupunun bir zabiti ağır yaralanıb. Hadisə yerində zabitə ilkin tibbi yardım göstərilsə də hospitala aparılarkən vəfat edib.
Nərgiz Camal