Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb
Respublikanın müxtəlif ərazilərində müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı bu gün Bakıdan Şuşa şəhərinə yola salınıb. Bu mərhələdə Şuşaya 27 ailə - 91 nəfər köçürülüb. İndiyədək Şuşa şəhərində 204 ailənin, yəni 763 nəfərin daimi məskunlaşması təmin edilib.
Fərid Mehdiyev