Şuşa şəhərinə növbəti köç karvanı yola düşüb
Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb. 38 ailə - 136 nəfər Bakının Qaradağ rayonundan Şuşaya istiqamət alıb. İndiyədək şəhərdə 58 ailənin, yəni 224 nəfərin daimi məskunlaşması təmin edilib. Mayın sonu, iyunun əvvəlinədək 370 ailənin, 1450 nəfərin köçürülməsi də planlaşdırılır.
Vüsalə Cənnətova