Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi yaradılır
2021-06-22 16:10
Prezident İlham Əliyev Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin yaradılması haqqında Fərman imzalayıb. Şuşada bərk məişət tullantılarının yığılması, daşınması, yerləşdirilməsi və zərərsizləşdirilməsi “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinə həvalə olunub. Daha bir sərəncamla Kəlbəcər rayonu ərazisində dövlət sərhədinin mühafizəsi və müdafiəsinin təşkilinin etibarlı və dayanıqlı elektrik enerjisi ilə təchizatı məqsədilə “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə 24 milyon 500 min manat ayırıb. Dövlət başçısı Nurlana Əliyevanın Bakı Slavyan Universitetinin rektoru vəzifəsindən azad edilməsi barədə sərəncam da imzalayıb.
Nərgiz camal