Canlı
Şirvanda yol qəzasında 15 qadın xəsarət alıb

2018-03-13 / 12:03

Şirvanda ağır yol qəzası olub. Şirvan-Salyan marşrutu üzrə hərəkət edən mikroavtobusla “Şirvan oil”ə məxsus xüsusi qurğulu “KamAZ” markalı yük maşını toqquşub. Nəticədə mikroavtobusda olan 15 sərnişin müxtəlif bədən xəsarətləri alıb. Onların hamısı qadınlardır. Yaralılar xəstəxanaya çatdırılıblar.

Ruhəngiz Hacızadə