Canlı
Şirvanda yanğın nəticəsində 2 azyaşlı həlak olub

2018-11-09 / 08:39

Şirvan şəhərində evdə yanğın olub. Ümumi sahəsi 180 m² olan birmərtəbəli evin mətbəxinin və dam örtüyünün yanar konstruksiyaları 40 m² sahədə yanıb. Yanğının kəşfiyyatı zamanı 5 yaşlı Məhəmmədəli Əbilov və 3 yaşlı Əliheydər Əbilovun meyitləri yanğınsöndürənlər tərəfindən aşkar edilib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Vəfa Şairova