Canlı
Şirvanda toyda qətl törədilib

2018-07-10 / 12:52

Hadisə ötən gün axşam saat 22.00 radələrində şadlıq saraylarından birində qeydə alınıb. Qohumlarının toyunda iştirak edən Neftçala rayonunun Surra kənd sakini, 40 yaşlı Azər Əliyev kütləvi dava zamanı ürək nahiyəsindən bıçaqlanıb. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olmayıb. Hadisə zamanı toy mərasimində iştirak edən Sabirabad rayonunun Nəsimikənd kənd sakini, 42 yaşlı Teymur Həsənov da əlindən bıçaq xəsarəti alıb. Faktla bağlı Şirvan şəhər prokurorluğunda cinayət işi açılıb.

Vəfa Şairova