Şirvanda silahlar könüllü olaraq polisə təhvil verilib
Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların könüllü olaraq təhvil verilməsi istiqamətində profilaktiki tədbirlər davam etdirilir. Aparılan tədbirlər nəticəsində şəhər sakinləri tərəfindən 3 ədəd müvafiq sənədləri olmayan ov tüfəngi könüllü olaraq polis əməkdaşlarına təhvil verilib.
Fərid Mehdiyev