Şirvanda silah və narkotikə görə 20 nəfər saxlanılıb
2021-06-15 18:09
Son 15 gündə Şirvanda silah və narkotikə görə 20 nəfər saxlanılıb. Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 17 nəfərdən ümumilikdə 5 kiloqramdan artıq olan müxtəlif növ narkotik vasitə və psixotrop maddələr, eləcə də çətənə bitkiləri aşkarlanaraq götürülüb. Həmçinin şəhər ərazisində oğurluq edən, vətəndaşların etibarından istifadə edərək onlara qarşı dələduzluq əməlini törədən, eləcə də qanunsuz olaraq odlu silah saxlayan 3 nəfər cinayət məsuliyyətinə cəlb olunub.
Nərgiz camal