Şirvanda qısaqapanma ikimərtəbəli evi yandırdı

Şirvan şəhəri Çılpaqlı qəsəbəsində Elnarə Qarayevaya məxsus evdə yanğın olub. Ümumi sahəsi 280 kvadratmetr olan, ikimərtəbəli, 6 otaqlı evin birinci mərtəbəsində 3 otağın, mətbəxin və dəhlizin yanar konstruksiyaları 140 kv.m sahədə, ikinci mərtəbədə bir otağın yanar konstruksiyaları 60 kv.m sahədə yanıb. Yanğına elektrik naqillərində baş verən qısaqapanma səbəb olub.

Vəfa Şairova