Canlı
Şirvanda narkotik satışı ilə məşğul olan şəxslər saxlanılıb

2017-12-06 / 12:06

Şirvan polisi narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən şəhər sakini Bahadir Əzizovu saxlayıb. Üzərindən ayrı-ayrı qablaşdırılmış 6,92 qram qurudulmuş marixuana götürülüb. Onun narkotik vasitələri əldə etdiyi mənbə də müəyyən edilib və şəhər sakini, əvvəllər məhkum olunmuş Taleh Qədirov da saxlanılıb. Qədirovun evində 951,26 qram qurudulmuş marixuana tapılıb.

Ruhəngiz Hacızadə