Şirvanda kişi arvadının boğazını kəsərək qətlə yetirib
2020-02-27 10:04
Şirvanın Cənub Sənaye Qovşağının inzibati binasında Ağdam sakini, 34 yaşlı Sahib Nağıyev ailə-məişət münaqişəsi zəminində həyat yoldaşı – Zəngilan sakini, 36 yaşlı Pərvanə Nağıyevanı yaşadıqları mənzilin yataq otağında boğub, daha sonra onu bıçaqla qətlə yetirib. Sahib Nağıyev qətli törətdikdən sonra könüllü olaraq polisə təslim olub. Faktla bağlı cinayət işi başlanılıb, istintaq araşdırmaları aparılır.
Fərid Mehdiyev