Şirvanda keçmiş məhkum narkotiklə saxlanıldı
Şirvanda polis şəhər sakini, əvvəllər məhkum olunmuş Aydın Cəfərovu saxlayıb. Yaşadığı ünvana keçirilən baxış zamanı müxtəlif çəkilərdə heroin və metamfetamin, çətənə bitkisi və bir ədəd elektron tərəzi aşkar edilərək götürülüb. Faktla bağlı cinayət işi başlanılıb.
Vüsalə Cənnətova