Şirvanda dilənçilik edən 7 nəfər həbs olunub
Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları şəhər ərazisində tüfeyli həyat tərzi keçirən və dilənçiliklə məşğul olan 12 nəfəri saxlayıb. Hər biri barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb. Onlardan 7-si inzibati qaydada həbs olunub, 5-i isə müxtəlif məbləğlərdə cərimələnib. Cərimə olunan şəxslər daha sonra isə qeydiyyatda olduqları şəhər və rayonlara göndəriliblər.