Şirvanda dəmir yol relslərini kəsərək aparmaq istəyən şəxslər saxlanılıblar
Nəqliyyatda Baş Polis İdarəsinin Şirvan stansiya Xətt Polis Bölməsinin əməkdaşları Şirvan-Çeşidləmə mənzilinin 48-ci kilometrliyində, dəmir yolunun yaxınlığında 3 ədəd dəmir yol relsini kəsərək yük avtomobilinə yükləyən üç nəfəri saxlayıblar. Şirvan sakinləri A.Hüseynov, C.Səlimov və E.Səlimov Polis Bölməsinə gətirilib. Faktla bağlı araşdırmalar davam etdirilir.