Şirvanda avtomobil qaçırılıb
Şirvanda polis şəhər sakini, əvvəllər 19 ilə yaxın məhkumluq həyatı yaşamış Zaur Paşayevi saxlayıb. Ondan 1 ədəd atəşə yararlı “TT” markalı tapança, həmin silaha aid daraq və 4 ədəd patron aşkar edilərək götürülüb.
Nəqliyyat vasitəsi qaçırmaqda şübhəli bilinən Samir Gözəlov da saxlanılıb. Qaçırdığı maşında başqa bir avtomobildən oğurladığı 1 ədəd akkumulyator və səs gücləndirici sistemi də aşkarlanaraq götürülüb.
Şəhər sakinləri, əvvəllər məhkum olunmuş Vüsal Əhmədov və Ramin Hacıyev isə heroin, metamfetamin və marixuana ilə saxlanılıblar.
Vüsalə Cənnətova