Şirvan şəhərində bıçaqlanma olub
2020-04-27 10:07
Şirvan şəhərində bıçaqlanma olub.Hadisə M.Ə.Rəsulzadə küçəsində yerləşən ərzaq mağazasının qarşısında baş verib.Qeyri-rəsmi nigah halında yaşadığı qadın tərəfindən bıçaqlanan Şirvan sakini, 43 yaşlı İbrahim İbrahimov şəhər xəstəxanasının cərrahiyə şöbəsinə çatdırılıb. İçki məclisində yaranmış münaqişə nəticəsində Şəbnəm adlı qadın ona üz və boyun nahiyəsindən 3 bıçaq xəsarətləri yetirib. Arteriya damarı zədələnən yaralı çoxlu qan itirib.
Fərid Mehdiyev