Canlı
Şimali Koreya Cənubi Koreya ilə danışıqlardan imtina edib

2018-05-16 / 08:36

Şimali Koreya (KXDR) Cənubi Koreya ilə bu günə planlaşdırılmış yüksək səviyyəli danışıqlardan imtina edib. Buna səbəb ABŞ-ın Cənubi Koreya ilə keçirdiyi birgə hərbi təlimlər olub. İki ölkə arasındakı sərhəddə keçirilməsi planlaşdırılmış görüşün təşəbbüskarı KXDR olmuşdu. Danışıqlarda “Qırmızı Xaç” xətti ilə dialoqun bərpası məsələlərinin müzakirə olunacağı gözlənilirdi. Pxenyan həmçinin ABŞ-la planlaşdırılmış birgə sammitdən də imtina edəcəyi ilə hədələyib. ABŞ-ın “Max Thunder” təlimləri Cənubi Koreyada aprelin 15-dən keçirilir. Təlimlərdə 2000-dək ABŞ və Cənubi Koreya hərbçiləri iştirak edir.

Vəfa Şairova