Şimali Kiprdə gəmi qəzasına görə saxlanılan Azərbaycan vətəndaşlarının həbs müddəti yenidən uzadılıb
Şimali Kiprin Girne sahillərində gəmi qəzası ilə bağlı başladılan istintaq çərçivəsində 3-ü Azərbaycan vətəndaşı olmaqla, 9 nəfərin həbs müddəti daha 7 gün uzadılıb.Növbəti məhkəmə prosesi noyabrın 13-də baş tutacaq.Avqustun 30-da Şimali Kiprin Girne sahillərində gəminin qəzaya uğraması nəticəsində 26 nəfər ölüb, 239 nəfər xilas olunub. İtkin düşmüş daha bir sərnişinin isə axtarışı davam edir.
06 noyabr 2026

