Canlı
Şimali İrlandiya yığmasının baş məşqçisi həbs olunub

Dünya çempionatı 2018-in seçmə mərhələsində Azərbaycan millisinin rəqiblərindən olan Şimali İrlandiya yığmasının baş məşqçisi Maykl O`Nil həbs olunub. 48 yaşlı mütəxəssis sərxoş halda avtomobil idarə etdiyinə görə, yerli polis tərəfindən saxlanılıb. Hadisənin bazar günü, Edinburq yaxınlığında baş verdiyi qeyd olunur. O`Nil oktyabrın 10-da məhkəmə önünə çıxacaq.

Fərid Mehdiyev