Şimal bölgəsində buz bağlayan avtomobil yolları nəzarətə götürüldü

2019-01-10 / 14:07

Şimal bölgəsinə qarın yağması ilə əlaqədar Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi həmin ərazilərdən keçən avtomobil yollarını nəzarətə götürüb. Qurumun mətbuat xidmətinin rəhbəri Anar Nəcəflinin sözlərinə görə, Quba-Xınalıq avtomobil yolunda buz bağlayan ərazilər qar və buzdan təmizlənib. Hazırda ölkə ərazisində, xüsusən də Şimal istiqamətində olan avtomobil yollarında hərəkət təmin olunub.

Ruhəngiz Hacızadə