Canlı
Şeyxülislam Allahşükür Paşazadə bəyanat yaydı

2018-12-06 / 16:30

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə BMT İnsan hüquqları haqqında Ümumi Bəyannamənin qəbulunun 70 illiyi ilə bağlı bəyanat verib. Müraciətdə Birləşmiş Millətlər Təşkilatının beynəlxalq hüququn və fundamental insan haqlarının keşiyində ardıcıl duran beynəlmiləl qurum olduğunu xüsusi vurğulayan QMİ sədri İnsan hüquqları haqqında Ümumi Bəyannamənin qəbulunu BMT tarixində dəyərli hadisə kimi dəyərləndirib.

Vüsalə Camal