Şavkat Mirziyoyev: TDT daxilində İqtisadi Əməkdaşlıq Şurasının yaradılmasının vaxtı çatıb

"Türk Dövlətləri Təşkilatı (TDT) daxilində İqtisadi Əməkdaşlıq Şurasının yaradılmasının vaxtı çatıb. Bunun üçün Daşkənddə ofis təsis etməyə hazırıq". Bunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə görüşündə çıxışı zamanı bildirib. "Bu gün təşkilatımız daxilində 35 sahədə əməkdaşlıq edilir. Təşkilatı daha da gücləndirmək qarşımızdakı əsas məqsəd və vəzifədir. Türk dövlətləri arasında strateji dostluq, əməkdaşlıq sahəsində anlaşma sənədini qısa müddətdə imzalamağı dəstəkləyirik. Çoxtərəfli əməkdaşlığı gücləndirmək üçün 2030-cü ilə qədər yeni inkişaf strategiyasının yaradılmasını önəmli hesab edirik. Yaxın gələcəkdə yeni iqtisadi fürsətlər yaratmalıyıq", - o əlavə edib.

KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik