Şamaxıda yol qəzası olub, ölən var
Şamaxının Çöl Göylər kəndində “Shacman” markalı yük avtomobili dərəyə aşıb və 1 nəfər avtomobildə sıxılı vəziyyətdə qalıb. Dövlət Yanğından Mühafizə Xidməti meyiti nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil verib.

