Canlı
Şamaxıda toyda dava olub, məktəb direktoru döyülüb

2018-05-16 / 10:23

Şamaxının Çöl Bağırlı kəndində keçirilən toy mərasimində qonaqlar arasında dava düşüb. Kənd sakini İntiqam Azayev həmyerlisi Müşfiq Mirzəyevi yıxaraq ona müxtəlif bədən xəsarətləri yetirib. Alın, sinə və kürək nahiyyəsindən xəsarətlər alan Müşfiq Mirzəyev Şamaxı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Zərəçəkən Ağsu rayonu Ləngəbiz kənd orta məktəbinin direktorudur. Fakt araşdırılır.

Vəfa Şairova