Canlı
Şamaxıda sürüşmə sahəsindəki daha 5 ev köçürülə bilər

2018-04-16 / 10:01

Şamaxı rayonunda sürüşmə sahəsində aktivlik müşahidə olunur. Bu barədə Trend-ə Şamaxı Rayon İcra Hakimiyyətinin memarlıq şöbəsindən məlumat verilib. Hazırda ərazidəki 7 evdə yaşayan ailələr başqa əraziyə köçürülüb. Həmin evlərdən 1-i tam yararsız vəziyyətdədir, 6-sı isə yaşamaq üçün təhlükəlidir. Ərazidə hazırda 5 evdə yaşayış var. Onlar qəzalı vəziyyətdə olmasa da, çatlar var. Əgər sürüşmə sahəsində ciddi aktivlik olsa, həmin ailələr də oradan köçürüləcək.

Vəfa Şairova