Canlı
Şamaxıda oğurluq faktının üstü açılıb

2018-11-07 / 16:40

Şamaxının Şəhriyar qəsəbəsi ərazisində oğurluq faktının üstü açılıb. Şamaxı rayon Polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 5-nə keçən gecə Şəhriyar qəsəbəsi ərazisindən Elşad Mehrəliyevə məxsus “VAZ-2106” markalı avtomobili qaçırmaqda şübhəli bilinən qəsəbə sakinləri Şəhruz Eyvazzadə və əvvəllər məhkum olunmuş Məhəmməd Quliyev saxlanılıblar.

Vüsalə Camal