Şamaxıda karantin qaydalarını pozub toy edənlər məsuliyyətə cəlb olunublar
2021-03-03 14:06
Şamaxıda restoranlardan birində xüsusi karantin rejimi qaydalarına zidd olaraq, gizli şəkildə toy məclisi təşkil edilməsi barədə rayon Polis Şöbəsinə məlumat daxil olub. Obyektə baxış keçirilən zaman 50-yə yaxın şəxsin mərasimdə iştirak etdiyi məlum olub. Restoranı işlədən Kənan Fərmanov və məclisi təşkil edən 13 nəfər barəsində qanunverciliyə uyğun tədbir görülüb.
Vüsalə Camal