Şamaxıda avtomobil dərəyə yuvarlandı, ölən və yaralanan var
Bakı-Şamaxı-Yevlax magistralının Şamaxı rayonu ərazisindən keçən hissəsində ölümlə nəticələnən qəza baş verib. Şamaxı sakini, 62 yaşlı Əlifalı Cəbiyevin idarə etdiyi “NİVA” markalı avtomobil 25 metr hündürlükdən dərəyə yuvarlanıb. Sürücü hadisə yerindəcə dünyasını dəyişib. Onun həyat yoldaşı isə ağır bədən xəsarətləri ilə Şamaxı Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Qəzanın yağışlı hava şəraiti və yolun sürüşkən olması səbəbindən baş verdiyi ehtimal olunur. Fakt araşdırılır.
Vəfa Şairova