Şamaxıda ağır yol qəzası oldu, sürücü yaralandı

2019-11-08 16:03

Şamaxı-Çöl Göylər avtomobil yolunda Xaçmaz sakini, 28 yaşlı Təhmasib Musayev "Mercedes" markalı yük avtomobili ilə sement daşıyarkən idarəetməni itirib, maşın 45 metr hündürlükdən dərəyə aşıb. Zərbənin təsirindən sürücü 20 metr kənara düşüb. O, ağır vəziyyətdə Şamaxı Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Faktla bağlı araşdırma aparılır.

Fərid Mehdiyev