Şamaxıda ağır yol-nəqliyyat hadisəsi baş verib, məktəbliləri aparan avtobus qəzaya uğrayıb, yaralılar var

2021-06-13 10:00

Bakı-Şamaxı yolunun Acıdərə adlanan ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə ötən gün saat 23:00 radələrində baş verib. “Mercedes” markalı sərnişin avtobusu yoldan çıxaraq dəmir arakəsməyə çırpılıb. Hadisə nəticəsində 13 nəfər xəsarət alaraq xəstəxanaya çatdırılıb. Yaralılardan 11-i Şamaxı Mərkəzi Xəstəxanasına aparılıblar. 10 nəfərə ilkin təcili tibb yardım göstərilərək, ambulator müalicə üçün evə buraxılıb. Vəziyyəti ağır olan 1 nəfər əməliyyat üçün Bakıya göndərilib. 2 nəfər isə orta ağır vəziyyətdə Bakıya yola salınıb. Bakı-Qəbələ-Bakı marşurutu üzrə hərəkət edərək qəzaya düşən avtobusda sərnişinlər Bakı şəhəri 279 nömrəli tam orta məktəbin müəllim və şagird heyəti olub.

Nərgiz camal

KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik