Şamaxıda 3 nəfər göbələkdən zəhərlənib
Şamaxı rayonunda bir ailə göbələkdən zəhərlənib. Rayon xəstəxanasına çatdırılan 35 yaşlı Nəsirova Rəvanə Adil qızı, övladları 13 yaşlı Nəsirov Namiq Amil oğlu və 16 yaşlı Nəsirova Şəbnəm Amil qızı vəziyyətləri ağır olduğundan Bakıda xəstəxanalardan birinə aparılıblar. Fakt araşdırılır.