"Şamaxı" yeni baş məşqçi seçimində yerli-əcnəbi fərqi qoymur
“Şamaxı” futbol klubu yeni baş məşqçi axtarışlarını davam etdirir.Klubun baş meneceri Kamran İsmayılov bildirib ki, komanda yerli və ya əcnəbi məşqçi arasında seçim məhdudiyyəti qoymur və əsas məqsəd hədəflərə uyğun mütəxəssis tapmaqdır.Hazırda danışıqlar davam edir və konkret istiqamət müəyyən edilməyib. Qeyd edək ki, Ayxan Abbasov 2024-cü ildən "Şamaxı"nın baş məşqçisi idi.
25 may 2026

