Canlı
Şamaxı sakini ögey anasını öldürüb quyuya atıb

Şamaxıda qətl hadisəsi baş verib. Şəhər sakini, 59 yaşlı Rəhim Bağırov ögey anası, 57 yaşlı Badam Bağırova ilə mübahisə edib və bu zəmində qadını qətlə yetirib. Daha sonra ögey anasının meyitini gizlətmək məqsədilə yaşadıqları evin həyətindəki quyuya atıb və quyunu daşla doldurub. Keçirilən əməliyyat tədbirləri nəticəsində qətl hadisəsinin üstü açılıb. Rəhim Bağırov saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı cinayət işi başlanıb.

Vəfa Şairova