Şamaxı rayonunda körpə doğuş zamanı ölüb
2020-08-25 10:06
Şamaxı rayonunda körpə doğuş zamanı ölüb. Şamaxı şəhər sakini, 19 yaşlı Lamiyə Zərbəliyeva Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsində təbii doğuşla qız övladı dünyaya gətirib. Yaxınlarının sözlərinə görə, qadının hamiləlik dövründə problemi olmayıb, lakin, doğuşdan yarım saat sonra tibb işçiləri körpənin vəziyyətinin qəflətən pisləşdiyini və öldüyünü bildiriblər. Hazırda ananın vəziyyətinin orta-ağır olduğu deyilir. Bu, Zərbəliyevanın ilk hamiləliyi olub.
Vüsalə Camal