Şahmat üzrə "Skilling Open" turnirində üçüncü oyun gününə yekun vurulub
2020-11-25 10:09
Şahmat üzrə "Skilling Open" turnirində üçüncü oyun gününə yekun vurulub. Azərbaycan təmsilçisi Teymur Rəcəbov yarışda daha 5 görüş keçirib. 33 yaşlı qrossmeyster Sergey Karyakini məğlub edib. Növbəti 4 görüşünü isə Rəcəbov heç-heçə ilə başa vurub. 15 turdan sonra xalını 8-ə çatdıran şahmatçımız ilkin mərhələni 6-cı pillədə başa vurub. İlk "8-lik"də yer alan Teymur 1/4 final mərhələsinə adlayıb. Mükafat fondu 100 000 ABŞ dolları təşkil edən turnirin qalibi 30 000 dollara sahib olacaq.
Vüsalə Camal