Şahmat üzrə “Vüqar Həşimov Memorialı”nın iştirakçıları bəlli olub
Şahmat üzrə “Vüqar Həşimov Memorialı”nın iştirakçıları bəlli olub. Xatirə turnirində Azərbaycanı üç şahmatçı təmsil edəcək. Bunlar milli komandanın üzvləri Şəhriyar Məmmədyarov, Rauf Məmmədov və Aydın Süleymanlıdır. Eyni zamanda şahmat tacı uğrunda görüşdə iştirak edən Yan Nepomnyaşi, Riçard Rapport, yarışın son qalibi Vidit Santoş Qucrati kimi tanınmış qrossmeysterlər mübarizə aparacaqlar. Yarış sentyabrın 25-30-u aralığında Şuşada gerçəkləşəcək.
Fərid Mehdiyev