Şahmatçımız "Masters" turnirində növbəti qələbəsini qazanıb
2021-06-18 10:11
Praqa “Masters” turnirinin dördüncü turunun oyunları keçirilib. Azərbaycan şahmatçısı Nicat Abasov Çexiya təmsilçisi David Navara ilə üz-üzə gəlib. Ağ fiqurlarla mübarizə aparan şahmatçımız növbəti qələbəsini qazanıb. Turnir 7 turdan ibarətdir.
Vüsalə Camal