Şahmatçılarımızın çıxış etdiyi mundialda bu gün rapid növündə qaliblər bəlli olacaq
Azərbaycan şahmatçıları Qazaxıstanın Almatı şəhərində rapid və blits üzrə dünya çempionatında növbəti oyunlarını keçirəcəklər. Bu gün rapid növündə qaliblərin adına aydınlıq gələcək. Kişilərin yarışında X, XI, XII və XIII turun görüşləri, qadınların mübarizəsində IX, X və XI turun qarşılaşmaları oynanılacaq. Turnirdə Azərbaycanı Şəhriyar Məmmədyarov, Qədir Hüseynov, Rauf Məmmədov, Vasif Durarbəyli, Vüqar Əsədli, Aydın Süleymanlı, Məhəmməd Muradlı və Abdulla Qədimbəyli, Günay Məmmədzadə, Gülnar Məmmədova, Ülviyyə Fətəliyeva, Xanım Balacayeva, Gövhər Beydullayeva və Ləman Hacıyeva təmsil edir. Dekabrın 30-da başa çatacaq mundialın mükafat fondu 1 milyon ABŞ dollarıdır.