Şagird sinif yoldaşını bıçaqla yaralayıb
Xaçmaz rayonunda bıçaqlanma olub. Ləcət kənd orta məktəbinin 11-ci sinif şagirdinin sinif yoldaşına bıçaqla xəsarət yetirdiyi bildirilir. Məktəbli Xaçmaz xəstəxanasına yerləşdirilib.
Hadisə ilə bağlı Xaçmaz Rayon Polis Şöbəsində araşdırma aparılır.
Fərid Mehdiyev